Vaşinqton: Digər ölkələrin NATO-ya qoşulması ilə bağlı Rusiyanın fikri önəmli deyil

0

Birləşmiş Ştatlar əmindir ki, istənilən ölkənin öz istəyi ilə NATO-ya üzv olmaq hüququ var. Bu barədə cümə axşamı, dekabrın 30-da ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, Rusiyanın alyansın daha da potensial genişləndirilməsi ilə bağlı fikri ABŞ-ın mövqeyinə təsir etmir.

“Qaldırdığınız NATO məsələsində bizim mövqeyimiz tamamilə aydındır. Bu qərarlar suveren ölkələr tərəfindən verilməlidir. Təbii ki, alyansla məsləhətləşərək. Başqalarıyla deyil”

İctimairey.az xəbər verir ki, Rusiya Federasiyası və ABŞ liderləri arasında söhbətdən sonra, jurnalistlər üçün xüsusi telefon brifinqinin məzmunu Ağ Evdə yayımlanıb.

Rəsmi Vaşinqtonun Moskvaya hər hansı təhlükəsizlik zəmanəti verib-verməyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib. Brifinqin aparıcısı belə mövzularda danışıqların ictimai məkandan kənarda aparıldığını açıqlayıb.

Vladimir Putinlə söhbəti zamanı Co Bayden bildirib ki, ABŞ Rusiya Federasiyası ilə strateji sabitlik üzrə dialoqda, Rusiya-NATO Şurasının işində və ATƏT vasitəsilə təmaslarda maraqlıdır. O əlavə edib ki, Rusiya və ABŞ Avropada və bütövlükdə dünyada sabitliyin təmin olunmasına cavabdehdirlər və Vaşinqtonun heç bir niyyəti yoxdur.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »