Birləşmiş Millətlər Təşkilatı (BMT) Ümumdünya Ərzaq Təşkilatının (WFP) bir ay ərzində 730 min insana paylayacağı 1900 ton ərzaqın Sudanın El Faşer bölgəsində talan edildiyini bildirib.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik BMT obyektlərinə və təchizatlarına qarşı davam edən talan və hücumları kəskin şəkildə pisləyib.
Dekabrın 28-i axşam saatlarında Sudanın El Faşer şəhərində Ümumdünya Ərzaq Proqramının ofisinə hücum edildiyini bildirən Düjarrik, bir ay ərzində 730 min adama yetəcək 1900 ton ərzaq məhsulunun talan edildiyini bildirib.
Dujarrik bildirib ki, BMT-nin Baş katibi Antonio Quterres Sudan hökumətini ölkədə asayişi və BMT-nin yardım fəaliyyətləri üçün təhlükəsiz iş mühitini təmin etməyə çağırıb.
SUDANDA HƏRBİ MÜDAXILƏ
Baş nazir Abdullah Hamduk və bir çox siyasətçi oktyabrın 25-i səhər saatlarında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Sudan Ordu Komandiri Əbdülfəttah əl-Burhan fövqəladə vəziyyət elan etdiklərini, Suverenlik Şurası və Nazirlər Kabinetinin buraxıldığını, ölkənin bütün təbəqələrini təmsil edəcək texnokratik hökumət qurulacağını açıqlayıb.
Suverenlik Şurası ilə yenidən baş nazir seçilən Hamduk oktyabrın 25-də baş verən hərbi müdaxilədən sonra, yaranan idarəçilik böhranına son qoymaq üçün noyabrın 21-də siyasi razılaşma imzalayıb.
Razılaşmanın bir hissəsi olaraq, Burhan Hamdukun baş nazir vəzifəsindən uzaqlaşdırılması qərarını ləğv edib.
Oktyabrın 25-də ölkədə başlayan nümayişlər siyasi razılaşmadan sonra səngisə də, bitməyibdi.
Mərkəzi Həkimlər Komitəsinin məlumatına görə, nümayişlərdə 45 nəfər ölüb.