Arayik Arutyunyanın xam xəyalı: “Əminəm ki, bir gün dünya bizimlə hesablaşacaq”

0

Arayik ordudan tərxis olunmuş və istefada olan zabitlərin və onların ailə üzvlərinin sosial problemləri, respublikanın təhlükəsizliyi, habelə daxili və xarici siyasətlə bağlı bir sıra məsələlər müzakirə edilib.

İctimairey.az xəbər verir ki, erməni mediyası Arayiki “Dövlət başçısı” adlandıraraq yazıb ki, rəsmi Stepanakertin Artsaxın statusu ilə bağlı mövqeyi birmənalıdır və biz müstəqillik yolundan dönməyəcəyik.          “Azərbaycanın Artsaxa qarşı başlatdığı ağır müharibə nəticəsində biz böyük itkilər verdik, lakin sizi əmin edirəm ki, biz dövlət quruculuğu sahəsində işimizi davam etdirəcəyik. Əminəm ki, bir gün dünya bizimlə hesablaşacaq və bir neçə onilliklər ərzində davam edən mübarizəmiz istədiyimiz nəticəni verəcək”, – deyə Arayik bildirib.

Görüş zamanı xam xəyallara qapılmış Arayik qeyd edib ki, 2022-ci il yanvarın 1-dən Artsax Respublikası hökumətinin qərarı ilə bütün hərbi pensiyaçıların pensiyaları 25 min dram (51 dollar) artırılacaq. Həmçinin hazırkı və istefada olan zabitlərin 2023-cü ilə qədər tam həll edilməsi planlaşdırılan mənzil məsələsini diqqət mərkəzində saxlanılacaq, yeni evlər tikiləcək.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »