Türkiyə NATO-nun Birgə Yüksək Hazırlıq Qrupunun komandanlığını Fransaya təhvil verəcək

0

BYHQ-dakı (Birgə Yüksək Hazırlıq Qrupu) komandanlıq Türkiyədən Fransaya təhvil veriləcək
2022-ci il yanvarın 1-dən Fransa NATO 40 000-ci kontingentinin bir hissəsi olan, Çox Yüksək Hazırlıqlı Birgə Qrupuna (BYHQ) bir il müddətində rəhbərlik edəcək.
BYHQ komandanlığı Türkiyədən Fransaya keçəcək.

2022-ci ildə BYHQ qüvvələrinin əsasını Fransa və Almaniyadan olan 3500 hərbçi təşkil edəcək. Bundan əlavə, hazırlıq qrupa İspaniya, Portuqaliya və Polşadan olan kontingentlər də daxil olacaq.
NATO dövlət və hökumət başçıları Rusiyanın Krımı işxaı etməsindən sonra dəyişmiş təhlükəsizlik mühitinə cavab olaraq, 2014-cü il Uels Sammitində BYHQ-nin yaradılması barədə qərar qəbul ediblər.
NATO üzvləri 2020-ci ildə Polşa, 2019-cu ildə Almaniya və 2018-ci ildə İtaliyaya rəhbərlik etməklə BYHQ-yə rotasiya əsasında komandanlıq edir. 2023-cü ildə komandanlıq Almaniyaya keçəcək.
BYHQ-nin özəlliyi, onun döyüş hazırlığının ən yüksək dərəcəsidir: qrup maksimum 72 saat ərzində yenidən yerləşdirilməyə hazır olmalıdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »