Sudanın Qərbi Kordofan əyalətində qızıl mədəninin çökməsi nəticəsində azı 40 nəfər həyatını itirib, 8 nəfər itkin düşüb, 1 nəfər isə sağ xilas edilib.
İctimairey.az xəbər verir ki, Kordofan əyalətinin Mineral Ehtiyatlar Şirkətinin rəhbəri Xalid Dahva bildirib ki, 8 nəfərdən xəbər almaq mümkün olmayıb və axtarış-xilasetmə qrupları bölgəyə yerləşdirilib.
Dahva bildirib ki, qızıl mədənində əvvəlki çöküşdən sonra mədən bağlanıb, lakin sonra yenidən açılıb.
Sudanda qızıl hasilatı qeyri-adekvat infrastruktura görə tez-tez mədənlərdə baş verir.