Azərbaycan hərbçilərinin kurslarda iştirakında əsas məqsəd komando birləşmələrinin döyüş qabiliyyətini və şəxsi heyətin peşəkarlıq səviyyəsini daha da artırmaqdır.
Azərbaycan və Türkiyə arasında bağlanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” saziş çərçivəsində İsparta şəhərində növbəti “Komando hazırlığı kursu”nu uğurla başa vuran Azərbaycan ordusunun hərbçiləri Vətənə qayıdıblar.
İctimairey.az xəbər verir ki, bBu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, iki qardaş ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan hərbçilərinin müvafiq kurslarda iştirakının əsas məqsədi komando birləşmələrinin döyüş qabiliyyətini və şəxsi heyətin peşəkarlıq səviyyəsini daha da artırmaqdır.