Qırğızıstan və Tacikistan sərhəddəki insidentləri birgə araşdıracaq

0

Qırğızıstan və Tacikistanın nümayəndələri sərhəddə baş verən insidentləri birgə araşdırır.

İctimairey.az bu barədə “24.kg” Qırğızıstanın Batken vilayətinin administrasiyasına istinadən xəbər verir.

Sərhəd rayonlarında vəziyyəti sabitləşdirmək məqsədilə Qırğızıstanın Batken vilayətinin akimi Uçkunbek Jorobayev və Tacikistanın İsfara vilayətinin başçısı Bahovəddin Bahodurzado arasında görüş keçirilib.

Sərhəddə baş vermiş insidentlərin iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən birgə araşdırılması barədə razılıq əldə olunub, təxribat xarakterli hərəkətlərin qarşısının alınması tədbirləri nəzərdən keçirilib.

  Dekabrın 25-də Batken vilayətinin Sai ərazisi ilə üzbəüz sərhədin müəyyən edilməmiş hissəsində Tacikistan sərhədçiləri postlarının ərazisinə minaatan quraşdırıblar.

    Bundan əlavə, bir neçə tacikistanlı Oş-Batken-İsfana magistral yolu ilə keçən avtomobillərə daş atıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »