Ermənistanın baş naziri Nikol Paşinyan vurğulayıb ki, Azərbaycan ərazisindən yükdaşımaların təhlükəsizliyi təmin olunmasa, yükdaşımalar həyata keçirilməyəcək.
İctimairey.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, bunu Paşinyan onlayn mətbuat konfransı zamanı Ermənistan sektorunda Azərbaycan-Naxçıvan dəmir yolunun tikintisinin nə qədərə başa gələcəyi və dəmir yolu əlaqəsi bərpa olunarsa, yükdaşımaların təhlükəsizliyinin təmin ediləcəyi sualını cavablandırarkən deyib.
“Əgər belə bir şəraitdə güman etsək ki, Ermənistan yükü Azərbaycan ərazisindən keçməyəcək, Azərbaycan yükü də Ermənistan ərazisindən keçməyəcək. Təbii ki, biz bu məsələləri müzakirə edərkən bunu da nəzərdə tuturuq. Təsəvvür edin, dəmir yolunu açıb istifadə etməsək, nə qədər məntiqsiz olardı. Və burada sual yaranır: niyə bu qədər sərmayə qoyursunuz? – Paşinyan bildirib.
Dəmir yolunun tikintisinin dəyərinə gəlincə, baş nazir qeyd edib ki, ilkin məlumatlara görə, dəmir yolunun tikintisinin dəyəri 200 milyon dollardır, lakin layihələr və smetalar hazır olduqdan sonra, buna aydınlıq gətiriləcək. Hələlik bu, çox təxmini rəqəmlərdir”, – deyə baş nazir əlavə edib.