İrandan ballistik raket açıqlaması: Biz heç kimdən icazə almırıq

0

İran illik təlimində keçirdiyi ballistik raket sınağını pisləyən Britaniyaya sərt reaksiya verib. İnqilab Keşikçiləri təlimin İsrailə xəbərdarlıq olduğunu açıqlayıb.

İran təşkil etdiyi təlimdə ballistik raket sınağını pisləyən İngiltərəyə sərt reaksiya verib.

  İranın cümə günü keçirilən hərbi təlimdə qurudan quruya 16 ballistik raket atdığı açıqlanıb.

Britaniya Xarici İşlər Nazirliyi ballistik raket sınağını pisləyib və bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olduğunu bildirib.

“Bu, İranın nüvə silahı daşımaq üçün nəzərdə tutulmuş ballistik raketlərlə bağlı hər hansı fəaliyyətlə məşğul olmamasını şərtləndirən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır”, – nazirliyin bəyanatında deyilir.

    İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə bildirib ki, Böyük Britaniya bu bəyanatla İranın müdafiə qabiliyyətini və daxili işlərini inkişaf etdirmək fəaliyyətinə müdaxilə edib. Hatipzadə ballistik raket sınağının BMT qətnamələri ilə heç bir əlaqəsi olmadığını müdafiə edib.

İranın nüvə proqramının hərbi məqsəd daşımadığını qeyd edən Hatipzadə, İngiltərənin Yəmən kimi böhranlı bölgələrə öldürücü silahlar satmaqla yanaşı, İranın adi hərbi fəaliyyətinə də müdaxilə etdiyini bildirib.

İran rəsmisi fəaliyyətlərin beynəlxalq hüquq çərçivəsində olduğunu və müdafiə sahəsində heç kimdən icazə almayacaqlarını bildirib.

İnqilab Qvardiyaları: İSRAİLƏ XƏBƏRDARLIQ

Digər tərəfdən, İran İnqilab Keşikçiləri ballistik raket sınağı ilə diqqət çəkən nəhəng təlimin İsrailə xəbərdarlıq olduğunu açıqlayıb.

Dövlət televiziyasında yayımlanan görüntülərdə təlim zamanı atılan raketlərin İsraildəki Dimona nüvə reaktoruna bənzər hədəfə yönəldiyi görülüb.

Yarı-rəsmi Təsnim xəbər agentliyi “İnqilab Keşikçiləri Korpusu bu simulyasiya ilə sionist rejimə qarşı uğurla hücum təlimi keçirdi” deyib.

İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Selami deyib: Bu təlimin mesajı aydın idi: Biz sionist hökumətin səlahiyyətlilərinə öz səhvləri ilə bağlı diqqətli olmaları barədə xəbərdarlıq edirik.

İran İnqilab Keşikçiləri Ordusu Fars körfəzi sahillərində ölkənin cənubunda Hörmüzqan, Buşəhr və Xuzistan əyalətlərində həyata keçirdiyi “Peyğəmbər-i Əzəm 17” hərbi təlimi zamanı 16 ballistik raket atıb.

İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri komandanı admiral Əliriza Tengsiri, İran Baş Qərargah rəisi Məhəmməd Bakiri və Hatəmülənbiya Mərkəzi Qərargahının yüksək rütbəli komandirlərinin iştirakı ilə keçirilən hərbi təlimdə dənizdən qanadlı raketlər atılıb, PUA-dan isə hücumlar həyata keçirilib.

İlk dəfə döyüş gəmilərində orta mənzilli qanadlı raketlərin tətbiq olunduğu hərbi manevrdə İnqilab Keşikçilərinə aid dəniz pilotsuz uçuş aparatları ilə hava əməliyyatları həyata keçirilərkən, sahildəki Fars körfəzində təyin olunan hədəfləri eyni vaxtda vurmaq üçün, gəmilərdəki platformalardan qanadlı raketləri atılıb.

Hərbi təlimdən sonra, İranın Baş Qərargah rəisi Məhəmməd Bakiri təlimin İsrailin təhdidlərinə cavab olduğunu bildirərək, “Bu təlim İsrailin son vaxtlar boş təhdidlərinə cavab olaraq keçirilib. “Bu gün təlim zamanı müxtəlif platformalardan eyni vaxtda buraxılan 16 ballistik raketlə bütün hədəflər vurulub.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »