Omanın əl-Rukadi klubunun futbolçusu oyun öncəsi isinmə məşqində huşunu itirərək dünyasını dəyişib
Omanda yerli Muskat klubunun futbolçusu Mühələd ər-Rukadi ölkə çempionatında əl-Suveyklə oyundan əvvəl dünyasını dəyişib.
İctimairey.az xəbər verir ki, bu barədə The Times of Oman məlumat yayıb.
29 yaşlı futbolçu görüşün başlamasına bir neçə dəqiqə qalmış isinmə hərəkətləri zamanı huşunu itirib. Əl-Rukadi ürək tutması ilə xəstəxanaya çatdırılsa da, həkimlər idmançını xilas edə bilməyiblər.
Faciənin baş verdiyi qarşılaşma ləğv edilsə də, oyun günü digər görüşlər baş tutub və bir dəqiqəlik sükutla başlayıb. Azarkeşlər bu qərardan narazı qalıb və qeyri-insaniliyə görə futbol rəhbərliyinin istefasını tələb ediblər.
Qeyd edək ki, dekabrın 22-də İndoneziyanın “Tornado” komandasının qapıçısı Taufik Ramsey də 3-cü Liqada “Vaqana” ilə oyun zamanı dünyasını dəyişib. Futbolçu rəqib komandanın oyunçusu ilə toqquşub və başından təpik zərbəsi alıb. Huşunu itirmiş futbolçunu xərəkdə meydandan çıxararaq təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün komada olan Remzi dünyasını dəyişib.