Millət Vəkili Elnur Allahverdiyev şəhid Cavadov Mahmud Heydər oğlunun evini ziyarət edib, valideyinləri ilə həmsöhbət olub, güzəranları ilə maraqlanıb.
Millət Vəkili qeyd edir ki, Mahmud Cavadov Talış kəndini azad edən qəhrəman övladlarımızdan biridir. Suqovuşanda Vətən uğrunda şəhid olub. Qonşuları və dostları onu sakit, mədəni, tərbiyyəli bir gənc, valideynləri isə, onu qayğıkeş övlad kimi xatırlayır. Texniki Universitetin məzunu olub.
Mahmud Cavadov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Millət Vəkili E. Allahverdiyev bildirir ki, Mahmudun atası Cavadov Heydər Birinci Qarabağ savaşının iştirakçısıdır. Əslən Cəbrayıl rayonundandır. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş igid oğullarımızın və qazilərimizin hansı hisslərlə döyüşlərə qatıldıqlarını yaxşı anladığını deyir. Çünki, vaxtilə özü də bu yolu keçib.
Elnur Allahverdiyev görüşün sonunda, qeyd etdi ki, Allah Vətənə Mahmud kimi oğul böyüdüb boya-başa çatdırmış ana və ataları bizlərə çox görməsin. Allah Mahmuda və bütün şəhidlərimizə rəhmət etsin!
İctimairey.az