Çərşənbə günü Meksikanın cənub-qərb sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
İctimairey.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri 203,3 mindən çox insanın yaşadığı Meksikanın Puerto Vallarta şəhərindən (Xalisko ştatı) 286,9 km cənub-qərbdə yerləşib.
Məlumatına görə, yeraltı təkanlar Qerrero ştatının Akapulko şəhərindən 14 km cənub-şərqdə, La Kruz de Loreto şəhərindən isə, 225 km aralıda qeydə alınıb. Ocağın 10 km dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.