Fransa prezidentliyinə namizəd Valeri Pekres Dağlıq Qarabağa səfər edib.
İctimairey.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i bu gün, dekabrın 23-də məlumat verib.
Bildirilir ki, Valeri Pekress Xankəndində yerli siyasətçilərlə görüşüb. Söhbət konkret kimdən gedir, dəqiqləşdirilməyib.
Qeyd edilir ki, “Təhlükəsizlik səbəbindən görüş Ermənistanda olan əksər fransız mediası, o cümlədən “France TV” tərəfindən işıqlandırıla bilməyib.
Çərşənbə axşamı, dekabrın 21-də Ermənistan prezidenti Armen Sarkisyan sağ mərkəzçi Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd, İle-de-Fransa metropoliteninin rəhbəri Valeri Pekres ilə görüşüb, onunla ikitərəfli münasibətlər, həmçinin 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibədən sonra, respublikasında yaranan problemləri müzakirə edib.
Fransa prezidentliyinə namizəd Erik Zemmur Twitter-də Zaqafqaziya respublikasının rəhbərliyini və xalqını ruhlandıran yazı yerləşdirib. “Ermənistanla Türkiyə sərhədində, Ağrı dağının qarşısında, mən ermənilərə demək istəyirəm ki, onlar əsrlər boyu necə bir müqavimət modeli olublar”, – Fransa dövlətinin başçısı postuna iddialı yazıb.
Erik Zemmur ifrat sağçı siyasətçidir. Onun İrəvana səfəri və son bəyanatları Fransada 750 min nəfərə yaxın olan böyük erməni icmasının səsləri uğrunda seçkiqabağı mübarizənin məntiqinə uyğun gəlir. Səfər çərçivəsində fransalı siyasətçi Osmanlı Türkiyəsindəki Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Tsitsernakaberd memorial kompleksini ziyarət edib. Valeri Pecresse də eyni şeyi etmişdi.
Fransada prezident seçkiləri 2022-ci il aprelin 10-da keçiriləcək.