Rusiyalı milyarder Roman Abramoviç kolleksiyasına yeni nəqliyyat əlavə edib. 55 yaşlı Abramoviç 264 milyon funt-sterlinqə (596 544 960,00 milyon manat) “Boeing 787-8 Dreamliner” təyyarəsi alıb.
Rusiyalı milyarder yaxtalara və avtomobillərə, eləcə də təyyarələrə olan marağı ilə tanınır.
Ötən ilin avqustunda Abramoviçin 430 milyon funt sterlinq dəyərində yeni super yaxtası ilk dəfə milyarderin Fransız Rivierasında Antibes sahillərində görünüb.
Bildirilib ki, 140 metr uzunluğundakı “Solaris” adlı lüks yaxtanın 36 sərnişin tutumu, 48 kabinə, vertolyot sahəsi, hovuz və 8 göyərtəsi, 60 nəfərlik heyəti var.
Bundan əlavə, rusiyalı milyarder 500 milyon funt-sterlinq dəyərində 164 metr uzunluğunda Eclipse və 49 metrlik Sussurro superyaxtalarının sahibidir.
Avtomobillərlə də maraqlanan Abramoviçin dəyəri 16 milyon funt sterlinqdən çox olan super avtomobillər parkına da sahibdir.
Super avtomobillər arasında yüksək dəyərli avtomobillərə – Porsche 911 GT1 Evo, Ferrari FXX, Aston Martin Vulcan və Maserati MC12 Corsa daxildir.
Abramoviç həmçinin 2,5 milyon funt-sterlinq qiymət etiketi ilə nadir Pagani Zonda R-ə sahibdir və indiyə qədər cəmi 15 ədəd istehsal edilmişdir.
İctimairey.az