Gürcüstanda Omicron ştammı ilə 24 yoluxma halı təsdiqlənib

0

Gürcüstan hökuməti 2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 10-na kimi həftəsonu elan edib.

Gürcüstanda yeni növ “omikron” koronavirusunun  ştamına yoluxanların sayı 24 nəfərə çatıb.

 İctimairey.az xəbər verir ki, bunu Gürcüstanın məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini deyib.

Nazir müavininin qeyd etdiyi kimi, omikrona yoluxanların hamısı peyvənd olunur.

Eyni zamanda, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə bildirib ki, yoluxmuş şəxslərin daha 53 kontaktı araşdırılır.

Omikron infeksiyasına ilk yoluxma halı dekabrın 20-də laboratoriyada aşkar edilib. Bu yaxınlarda ABŞ və Dubaydan qayıdan iki Gürcüstan vətəndaşının virusa yoluxduğu məlum olub. Söhbət 24 yaşlı gənc qadın və 26 yaşlı kişidən gedir. Onların hər ikisi peyvənd olunub.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »