Ermənistan tarixində ilk dəfə olaraq, Ankaranın bütün tələblərini yerinə yetirərək, Türkiyə ilə münasibətlərin normallaşması prosesinə daxil olur.
İctimairey.az xəbər verir ki, bu fikri bu gün, dekabrın 22-də VERELQ informasiya-analitik portalına Amerika Araşdırmaları Erməni Mərkəzinin direktoru Suren Sarkisyan deyib.
“Artsax Azərbaycana verildi. Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması Osmanlı Türkiyəsində faktiki olaraq, Ermənistanın xarici siyasət gündəmindən çıxarılıb. Yaxın gələcəkdə yeni tələb ödəniləcək – Zəngəzur dəhlizinin açılması”, – deyə o, erməni tərəfinin güzəştlərini sadalayıb.
“Yeri gəlmişkən, 1992-ci ildə Türkiyə Ermənistanın qarşısına Müstəqillik Bəyannaməsindən aşağıdakı bəndin çıxarılmasını şərt qoyub: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı İmperiyasında və Qərbi Ermənistanda Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması prosesini dəstəkləyir”. Digər şərt isə, Ermənistan Silahlı Qüvvələrinin gerbindən Ağrı dağı rəmzinin Türkiyəyə qarşı ərazi iddiası hesab edildiyi üçün, həmin rəmzin çıxarılması olub. Yeni Konstitusiyanın hazırlanması zamanı bu məsələ, məsələn, dördüncü respublikanın yaradılması və yeni bəyannamənin qəbulu ilə həll oluna bilər”, – Sarkisyan qeyd edir.
Ekspert proqnozlaşdırır ki, Ermənistan və Türkiyə yaxın vaxtlarda diplomatik münasibətlərin qurulmasına dair sənədlər imzalayacaqlar, bu sənədlərdə Ermənistan tərəfi Türkiyə Respublikasının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır, həmçinin “erməni soyqırımı ilə bağlı məsələni Ərdoğanın stiliycə “ümumi faciə” üslubunda bir ifadə ilə düzəldəcək.“Türkiyənin qarşıdakı danışıqlarda Ermənistan tərəfindən heç bir məhdudiyyəti olmayacaq, lakin bəzi məhdudiyyətlər vasitəçi dövlətlər tərəfindən olacaq. Hazırda onlardan ikisi var – ABŞ və Rusiya”, – deyə erməni amerikalı yekunlaşdırıb.
Xatırladaq ki, bu ayın əvvəlində İrəvandakı mənbələr bildiriblər ki, Ermənistan-Türkiyə danışıqları tezliklə başlayacaq. Bu danışıqların aparılması üçün, Ankaranın xüsusi nümayəndəsi vəzifəsinə peşəkar diplomat, Türkiyənin ABŞ-dakı keçmiş səfiri, Erməni Soyqırımının tarixi reallığını inkar edən və birmənalı şəkildə anti-erməni mövqe sərgiləyən Serdar Kılıç təyin edilib. Ermənistan parlamentin vitse-spikeri Ruben Rubinyanın xüsusi nümayəndəsi kimi namizədliyini irəli sürüb.