Davos Forumu Omicron səbəbiylə təxirə salındı

0

İllik tədbirin 17-21 yanvar 2022-ci il tarixlərində İsveçrədə keçirilməsi planlaşdırılırdı.

İctimairey.az bildirir ki, bu barədə məlumatı  forumun mətbuat xidməti xəbər verir: Davosda keçirilən Dünya İqtisadi Forumu yeni Omicron koronavirus ştammı ilə bağlı davam edən qeyri-müəyyənlik fonunda təxirə salınıb.

İllik tədbirin 17-21 yanvar 2022-ci il tarixlərində İsveçrənin Davos-Klosters şəhərində keçirilməsi planlaşdırılırdı.

Davos İqtisadi Forumu, mətbuat xidmətinin qeyd etdiyi kimi, yayın əvvəlinə təxirə salınıb.

Bunun əvəzinə forum iştirakçıları dünya liderlərinin dünya gündəmindəki ən aktual problemlərin həlli yollarını onlayn müzakirə edəcəyi “Dünyanın Durumu” toplantısında iştirak edəcəklər.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »