Türkiyənin yeni peyki orbitə buraxıldı – VİDEO

0

Türkiyənin “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodomundan orbitə göndərilib.

Qaynarinfo “Haber Global”a istinadən xəbər verir ki, 42 dərəcə şərq orbitində xidmət göstərəcək peyk Türkiyənin peyk məlumat ötürmə qabiliyyətini 15 dəfədən çox artıracaq.
“TürkSAT 5B” sabit peyklərdən 20 qat daha səmərəliliyə malikdir. Peykin manevr müddəti 35 ildən çoxdur. Peyklə yanaşı, kosmosa ilk dəfə kommersiya rabitə peyki ilə “yerli istehsal olan avadanlıq” da göndərilib.
“TürkSAT 5B” Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı və Aralıq dənizi, Şimali və Cənubi Afrika, Nigeriya daxil olmaqla geniş əhatə dairəsinə xidmət göstərəcə biləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı tviterdəki hesabında paylaşım edib.
“Kosmosda səkkizinci aktiv peykimiz olacaq TürkSAT 5B” 42 dərəcə şərq orbitində ölkəmizə 35 il xidmət etmək üçün kosmos səyahətinə başlayır. Uğurlar”, – deyə dövlət başçısı sosial şəbəkədəki hesabında yazıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu peyklə ölkənin rabitə imkanlarının 15 dəfə artacağını bildirib. Nazir qeyd edib ki, “TürkSAT 5B” çərçivəsində hava, dəniz, quru interneti və yerüstü əlaqəyə çatmaq mümkün olmayan rabitə quruluşu hər yerdə fasiləsiz təmin ediləcək. Beləliklə, genişzolaqlı internet və rabitə başdan-başa təmin olunacaq.
Qeyd edək ki, bununla da “TürkSAT A.Ş.”ə məxsus rabitə peyklərinin sayı artaraq 5-ə çatıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »