Türkiyəli üzgüçülər Fransada keçirilən yarışda ölkəyə 24 medal gətirib

Montlükonda üzgüçülük üzrə dünya çempionatı başa çatıb.

Fransanın Montlukon şəhərində üzgüçülük üzrə VIRTUS dünya çempionatı başa çatıb.

İctimairey.az Türkiyə Xüsusi İdmançılar İdman Federasiyasının məlumatına istinadən xəbər verir ki, Türkiyə idmançıları 3 qızıl, 6 gümüş və 15 bürünc olmaqla 24 medal qazanıblar.

Xüsusi İdmançılar İdman Federasiyasının rəhbəri Birol Aydın türkiyəli idmançıları yarışda qazandıqları uğurlu çıxışa görə təbrik edib.

“Uğurlar, xüsusi idmançılar!” , – federasiya rəhbəri sosial şəbəkələrdə yazıb.

Comments are closed.

Tərcümə »