Pentaqonun məxfi sənədlərinə və yazışmalarına çatan ABŞ-ın dünyaca məşhur “The New York Times” qəzeti, öz səhifələrində ölkənin Yaxın Şərqə endirdiyi hava hücumlarının fiasko ilə nəticələndiyini yazıb.
İctimairey.az xəbər verir ki, qəzetin xəbərində Türkiyə ilə bağlı təfərrüat yer alıb, yüzlərlə mülki vətəndaşın öldüyü və bunun ABŞ ordusunun yaşadığı kəşfiyyat zəifliyi səbəbindən, yanlış hədəflərin məhv edilməsi səbəbiylə gizlədildiyi məlumatı yer alıb.
ABŞ “New York Times” (NYT) tərəfindən dərc edilən “Pentaqon sənədləri”ndən bəhs edir. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məxfi sənədlərinə və yazışmalarına çatan New York Times, belə desək, gündəmə bomba kimi düşən xəbərə imza atıb.
“Kəşfiyyatın zəifliyi üzündən, yüzlərlə dinc sakin həlak olub”
İraq, Suriya və Əfqanıstana edilən hava hücumlarının böyük bir uğursuzluqla nəticələndiyi vurğulanan xəbərdə, bu vəziyyət fiasko olaraq qiymətləndirilir. Eyni xəbərdə sözügedən hücumlarda kəşfiyyatda zəiflik olduğu və bu səbəbdən hədəflərin məhv edilə bilmədiyi, əvəzində çoxlu sayda mülki vətəndaşın öldürüldüyü də bildirilib. Rəsmi məlumatlara görə, bu əməliyyatlarda 1500-ə yaxın mülki şəxs həyatını itirib. Bununla belə, NYT tərəfindən nəzərdən keçirilən sənədlərə görə, mülki ölümlər rəsmi rəqəmlərdən xeyli yüksəkdir.
TÜRKİYƏ DETALI
2014-cü ildən bu günə qədər yüzlərlə sənədi araşdıran NYT xəbərləri Türkiyə ilə bağlı detala da yer verib. 2016-cı ilin aprelində, ABŞ ordusu Mosulun şərqində bir evə endirdiyi hava hücumunda avstraliyalı İŞİD üzvü Neil Prakaşı öldürdüyünü bildirdi. Lakin Pentaqonun hesabatından aylar sonra, Prakaş Suriyadan Türkiyəyə keçmək istəyərkən yaxalanıb.
Ötən aylarda ABŞ-ın Əfqanıstanda bir kamikadzeni hədəf alan pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda, eyni ailədən 10 nəfərin öldüyü məlum olub. Hücumdan sağ çıxan ailənin yaxınlarının BBC-yə verdiyi məlumata görə, ailənin evinin qarşısında dayanan avtomobilin partlaması nəticəsində, 6-sı uşaq olmaqla 10 nəfər həyatını itirib.
ABŞ ordusu ən azı bir nəfərin olduğu maşının DEAŞ-ın Əfqanıstan qolu ilə əlaqəli olduğunu bildirib və hücumdan sonra, yaxınlıqdakı insanların zərər çəkmiş ola biləcəyini bildirib.