Femomen ləqəbli sabiq braziliyalı hücumçu Ronaldo gənclik illərində çıxış etdiyi Braziliya Liqasının “Cruzeiro” klubunu alıb.
İctimairey.az xəbər verir ki, Braziliyalı “El Fenomeno” kimi tanınan dünya şöhrətli futbolçu Ronaldo Luis Nazario de Lima karyerasına başladığı “Cruzeiro” klubunu satın alıb.
Ulduz klub üçün 70 milyon dollar ödədiyi açıqlanıb.
Ronaldo bildirib ki, iki il əvvəl ikinci liqaya düşmüş Kruzeyronu əvvəlki şöhrətinə qaytarmaq üçün, əlindən gələni edəcək. Braziliyada azarkeşlərə məxsus olan futbol klublarını bir neçə ay əvvəl investorlar ala bilmirdi.
Ronaldo Tvitterdə mavi ürək və Kruzeyronun talismanı olan tilki paylaşıb. Karyerası boyunca 3 dəfə ilin futbolçusu seçilən Ronaldo Nazario 1990-cı illərdə Kruzeyroda diqqət çəkdikdən sonra, dünya şöhrəti qazanmışdı. Futbolçu karyerası ərzində Barselona, Real Madrid, İnter və Milan kimi klublarda çıxış edib.
Braziliyalı sambaçı futbolçu karyerası ərzində 452 matçda 295 qol vurub.
Qeyd edək ki, bundan əlavə, Ronaldo 2018-ci ildə İspaniyanın “Real Valyadolid” klubunun 51 faizini alıb.