Estoniya Vaşinqtonda “Kommunizm Qurbanları Muzeyinə” 89 min avro bağışlayacaq

0

Estoniya hakimiyyəti Vaşinqtonda “Kommunizm Qurbanları Muzeyi”nin açılışına 89 min avronu əsirgəməyib.

“Kommunist rejiminin boyunduruğu altında olan Estoniya xalqının faciəvi iztirabları dünya tarixində çox mühüm təcrübədir. Kommunist ideologiyası nəticəsində əziyyət çəkən hər kəs qarşısında borcumuzdur ki, tariximizi vicdanla danışaq ki, bu ədalətsizliyi unutmayaq və heç kim buna bənzər bir şey yaşamasın”.

“Kommunizm Qurbanları Muzeyi”nin 2022-ci ildə açılması gözlənilir. Onun təşkilatçılarının “Kommunizm Qurbanları Fondu”ndan planlarına əsasən, kommunizmin real və qeyri-insani simasını çatdırmaq üçün, 40-dan çox ölkənin “kommunist rejimlərinin təsirinə məruz qalan” insanların və xalqların hekayələri təqdim olunacaq.”

Estoniyada Amerika Kommunizm Qurbanları Fondu yerli Yaddaş İnstitutu, eləcə də İşğal və Azadlıq Muzeyi ilə əməkdaşlıq edir. Estoniyanın özündə o vaxtkı xarici işlər naziri Urmas Reinsalunun təşəbbüsü ilə, 2018-ci ildə Tallinndəki Maarjamägi təpəsində tikilmiş “Kommunizm qurbanlarının xatirəsi” abidəsi var. Memorialın qara lövhələrində bu və ya digər şəkildə sovet rejimindən, o cümlədən faşist işğalçıları ilə fəal əməkdaşlıq etdiyinə görə, əziyyət çəkənlərin adları həkk olunub.

Qeyd edək ki, sağçı radikal Reinsalu bir vaxtlar Estoniyanı kommunist ideologiyasına qarşı mübarizənin əsas mərkəzlərindən birinə çevirməyə çalışırdı.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »