İctimairey.az xəbər verir ki, Baş nazirin müavini Mher Qriqoryan bildirib ki, – Ermənistan hökuməti təxminən 200 milyon dollar xərcləyərək, Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun 45 kilometrlik hissəsini bərpa etməyi planlaşdırır.
“Mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistan ərazisindən keçən dəmir yolu xətlərinin bərpasının təxmini dəyəri 200 milyon dollara yaxın olacaq. Ermənistan ərazisində dəmir yolunun ümumi uzunluğu təqribən 45 kilometr, ümumilikdə uzunluğu isə təqribən 340 kilometr olacaq”, – deyə o bildirib.
Qriqoryan vurğulayıb ki, Ermənistan və Azərbaycanı birləşdirən dəmir yolu əlaqəsi keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində, qarşılıqlılıq prinsipləri üzrə, beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun fəaliyyət göstərəcək.