Hindistanın Lavul kəndində (Maharaştra ştatı) meymunlar onlarla iti öldürüb, sonra isə, uşaqlara hücum etməyə başlayıb.
İctimairey.az mediyaya istinadən bildirir ki, noyabrın ortalarında iki növ heyvan arasında müharibə başlayıb. Yerli sakinlərin sözlərinə görə, itlərin meymun balasını öldürdükdən sonra, müharibə başlayıb. Ertəsi gün meymunlar itlərə və balalarına hücum etməyə başlayıblar: onları tutaraq evlərin damlarına sürüyüyüb, aşağı atıblar.
Kəndlilər qatil meymunları tutmaq və vəziyyəti nəzarətə götürmək tələbi ilə Meşə Təsərrüfatı İdarəsinə müraciət etsə də, kəndə göndərilən polis bir meymun belə, tuta bilməyib.
Bundan sonra, Lavoul sakinləri itləri özləri müdafiə etməyə çalışsalar da, meymunlar insanlarla uğurla mübarizə aparır və itləri pəncələrindən qoparmaq üçün, evlərin damına çıxan polisləri, sakinləri itələyərək, oradan aşağı salır.
Cəmi bir ay ərzində meymunlar 250 ev heyvanı öldürüb, artıq, Lavulada bir it də qalmayıbdı.
Üstəlik, itləri məhv edən meymunlar uşaqlara hücum etməyə başlayıblar – yəqin ki, insanların itlərə qarşı repressiyalarını dayandırmaq cəhdlərinə cavab olaraq. Meymunlar səkkiz yaşlı məktəbliyə hücum edib. Bir neçə kişinin səyi ilə uşağın həyatının xilas olunduğu bildirilir.
Lavoulda insanlara qarşı hücumlar, bu günə qədər davam edir.