Serj Sarkisyan: Müstəqil Artsax erməni xalqının təhlükəsizliyinin təminatı olub və belə də qalacaq

0

Müstəqil Artsax erməni xalqının təhlükəsizliyinin, onun milli kimliyinin təminatı olub və belə də qalacaq.

İctimairey.az xəbər verir ki, bunu ER üçüncü prezidenti, ERP sədri Serj Sarkisyan Ermənistan Respublika Partiyasının 17-ci növbədənkənar qurultayında deyib. Eks-prezidentin fikrincə, Artsaxı təslim etməklə, ölkənin iqtisadi inkişafını təmin etmək mümkün olacağı fikri, Ermənistanın 30 illik müstəqilliyinin əsaslarını dağıdıb və təhlükə altına qoyub.

“Müstəqil dövlət birliyi kimi Artsax məsələsi erməni xalqı üçün mövcudluq və təhlükəsizlik, milli kimliyin qorunub saxlanması məsələsi olub və qalacaq. Təəssüf ki, bunu başa düşmək üçün, xalq itkilərlə dolu ən ağır sınaqlardan keçməli oldu” – ERP-ın lideri deyibdi.

“Bu gün partiyamızın prioritet məqsədi hakimiyyətə sahib olmaq deyil. Biz də digər klassik partiyalar kimi, digər sağlam siyasi qüvvələrlə birlikdə kapitulyatoru aradan götürüb, Ermənistana diz çökdürmək şansı verdikdə, proqramlarımızı, insanlara verdiyimiz vədləri həyata keçirmək üçün, yenidən gücə çevrilməyə çalışacağıq. Kürəyini düzəldin, güclənin və yenidən Artsaxın dayağı və arxası olun. Respublika Partiyası bu gün Ermənistanın hakimiyyəti deyil, suverenliyini istəyir”, – deyə o vurğulayıb.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »