Serj Sarkisyan: Ermənistanın ölkəni tərk edən hər beşinci sakini bir daha geri qayıtmır  

0

Ermənistanın ölkəni tərk edən hər beşinci sakini bir daha geri qayıtmır – bu, acı reallıqdır.

İctimairey.az xəbər verir ki, bunu ER üçüncü prezidenti, ERP-ın sədri Serj Sarkisyan Ermənistan Respublika Partiyasının 17-ci növbədənkənar qurultayında deyib.

Onun sözlərinə görə, bu rəqəm “rekorddur”. “Biz burada cari problemləri müzakirə edərkən, Zvartnots hava limanında çoxlu sayda ailə göz yaşları içində yad ölkədə məskunlaşmaq ümidi ilə ölkəni tərk edir”, – üçüncü prezident bildirib. O əlavə edib ki, bu gün Ermənistanda hər üçüncü sakin yoxsulluğun astanasındadır və bu göstərici son 2 ildə kəskin şəkildə pisləşib.

    Dünya Bankının hesablamalarına görə, ölkə əhalisinin 47,6%-i ölkədə yoxsul kimi tanınır. “44 günlük müharibə nəticəsində 35 min artsaxlı və  8 min ailə evsiz qaldı, çünki onların yaşadıqları yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçdi. Bu insanlar inamını itirdi, bir çox ailələr tək çörək verənlərini itirdi. 5 min gənc toylarında rəqs etmədi, 5 min ailə işləmədi, uşaq doğulmadı.

Bu demoqrafik fəlakətə minlərlə günahsız insanın ölümünə səbəb olan koronavirus pandemiyasının törətdiyi faciə də əlavə olundu. 2020-ci ildə, son 70 ildə ilk dəfə olaraq, ölüm və doğumun bərabər nisbəti qeydə alınıb”, – Serj Sarkisyan bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »