Dekabrın 17-də axşam Sankt-Peterburqda “Severnaya Verf” tikilməkdə olan gəmidə yanğın baş verib – layihə 20385 “Provornıy” korveti yanıb.
İctimairey.az “Birləşmiş Gəmiqayırma Korporasiyası”ndan verilən məlumata görə xəbər verir ki, qəza nəticəsində dörd nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Yanma sahəsi 800 kvadratmetrə çatıb. Korvetdəki yanğına ən yüksək, dördüncü çətinlik dərəcəsi təyin edildi. Yanğın demək olar ki, bütün gəmini bürüyüb.
Yanğınsöndürənlər yanğını lokallaşdıra biliblər. Şəhərin qubernatoru Aleksandr Beqlov şəhərin koordinasiyasını və yanğının söndürülməsinə cəlb olunmuş fövqəladə hallar xidmətlərini nəzarətə götürüb.