Saatlıda rayonunda yanğın hadisəsi baş verib.
Hadisə hər bir mərtəbəsi 182 kvadratmetr olmaqla ümumi sahəsi 364 kvadratmetr olan fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində xəsarət alan və yaralanan olmayıb lakin ev yararsız hala düşüb.
İctimairey.az FHN-in Mətbuat Xidmətindən daxil olan məlumata görə, yanğın hadisəsi dekabrın 17-də saat 18 radələrində Saatlı rayonu Qara Nuru kənd sakini Abıyev Çingiz Ərzulla oğluna məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Evdə başlayan yanğın qısa müddətdə güclənib və evin ikinci mərtəbəsində daha genişlənib. Hadisə yerinə FHN-nin Saatlı rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı evin ikinci mərtəbəsində tavan hissə yanaraq yarasız hala düşüb. Faktla bağlı araşdırma aparılır.