Rayon qeydiyyatı olanlar MÜTLƏQ OXUSUN! Bundan sonra BAKIDA…

0

Vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndəriş vərəqəsi olmadan müraciət edə və Xidmətlər Zərfi ilə təminata alınan 2550 sayda tibbi xidmətlərdən yararlana bilərlər.

İctimairey.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Məsələn, vətəndaş Qəbələ rayonunda yaşayır və onun ixtisaslaşdırılmış tibbi yardımdan (ixtisaslı həkimin müayinəsi) istifadə etməsinə ehtiyac yaranıb.
Bu zaman o həm yaşadığı ərazidə, həm də digər şəhər və rayonlarda, eləcə də paytaxt Bakıda fəaliyyət göstərən istənilən dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi olmadan müraciət edə bilər.
Dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunacaq.
Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya dar ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır” – deyə məlumatda qeyd olunub” – deyə məlumatda qeyd olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »