Qeqamyan: – Dağlıq Qarabağ da Krım kimi Rusiyanın bir hissəsi olmalıdır

0

2014-cü ildə Krım olduğu kimi, Dağlıq Qarabağ Rusiyanın bir hissəsi olmalıdır, bunu Ermənistan Milli Birlik Partiyasının lideri Artaşes Qeqamyan LiveNews.am-ın yerli redaksiyasına müsahibəsində deyib.

   İctimairey.az müsahibəni olduğu kimi diqqətinizə çatdırır.

“Artsax (Dağlıq Qarabağ) faktiki olaraq, Rusiyanın himayəsində, protektoratındadır. Biz Artsax Respublikasının müstəqilliyinin Ermənistan tərəfindən tanınmasının yollarını tapmalıyıq və daha sonra, Artsax rəhbərliyi eyni əsaslarla DQR, Artsax Respublikasının Rusiyaya daxil olması ilə bağlı referendum təşkil etməyə və keçirməyə başlayacaq. Hansı ki, Krım 2014-cü ildə yenidən Rusiyaya birləşdirilib. Bunun alternativi, ən yaxşı halda, ermənilərin Artsaxdan və Sünik bölgəsindən kütləvi şəkildə qaçmasıdır”.

Qeqamyanın sözlərinə görə, indi Türkiyənin Qarabağı və Ermənistanın Sünik bölgəsini ələ keçirmək planları həyata keçirilir və Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan öz hərəkətləri ilə Ankara və Bakının planlarının həyata keçirilməsinə töhfə verir.

“2016-cı ilin aprelində (“dörd günlük müharibə”) Rusiya Federasiyası Baş Qərargah rəisinin müdaxiləsi sayəsində, Türkiyənin 2001-ci ildə hazırladığı planlarının həyata keçirilməsinin qarşısını almaq mümkün oldu. Amma, bundan sonra Rəcəb Ərdoğanın pantürkist, panislamist planları heç yerdə ortadan qalxmadı… Ermənistan Respublikasının baş naziri olduğu ilk gündən Paşinyan  hər şeyi verdi. Azərbaycan rəhbərliyi üçün müvafiq səbəblər, İlham Əliyevə Türkiyənin birbaşa dəstəyi, suriyalı və liviyalı terrorçuların, muzdluların geniş istifadəsi, İsrail və onun keçən ilki müharibə zamanı Azərbaycanın hərəkətlərinə verdiyi dəstək ilə Artsax Respublikasına qarşı müharibəyə başlamaq şansı verdi”, – deyə siyasətçi qeyd edib.

Bununla bağlı o qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli saziş Dağlıq Qarabağın ən azı bir hissəsinin Ermənistanın nəzarətində saxlanmasına kömək edib. “Bu saziş Ermənistan üçün son dərəcə alçaldıcı idi, lakin bu, Artsax Respublikasının əhalisini soyqırımdan qorumağın yeganə yolu idi”, – Qeqamyan vurğulayıb.

O xatırladıb ki, hələ müharibədən əvvəl KTMT-nin baş katibi Stanislav Zas erməni tərəfinə gələcək müharibə ssenarisini hazırlamaqla, Qarabağ sərhədləri yaxınlığında təlimlər keçirməyi təklif edib və artıq müharibə zamanı qaçılmaz məğlubiyyətə baxmayaraq, Paşinyan bir neçə dəfə Rusiyanın erməni tərəfi üçün, kiçik ərazi itkiləri ilə atəşkəs haqqında təkliflərini rədd etdi. Noyabrda isə, Bakının müharibədə yekun qələbəsinin regionu nə ilə təhdid etdiyini başa düşən Rusiya, Azərbaycan və Ermənistanı sülhə məcbur etdi, erməni siyasətçi vurğulayır.

   “Müharibə zamanı Paşinyan atəşkəslə razılaşmadı, çünki onun Artsaxın tam təslim olmasına dair razılaşma var idi… Ağalar ona Rusiyanın şərtləri ilə, atəşkəslə razılaşmağa imkan verməzdilər. Oktyabrın 19-dan noyabrın 9-dək Dağlıq Qarabağ Respublikasında, Artsaxda döyüş əməliyyatları zamanı həlak olmuş qardaşlarımızın və oğullarımızın qanı tamamilə Paşinyanın vicdanındadır”, – Qeqamyan bildirib.

Müharibədən sonra, Ermənistan hakimiyyətinin hərəkətlərinə gəlincə, müxalif siyasətçinin fikrincə, Paşinyan indi Əliyevin Qarabağ məsələsinin yekun olaraq bağlanması – Syunikin gələcəkdə tutulması -planlarının  həyata keçirilməsinə, habelə münaqişənin həlli üçün ilkin şərtlərin yaradılmasına kömək etməyə çalışır.

“Onlar Paşinyana açıq şəkildə bildirdilər ki, o deyilənləri tam yerinə yetirməyib və şantaj hədəsi ilə atəşkəs sazişinin bağlanmasından bir il və bir ay sonra o, hər şeyi etməyə davam edir ki, Ermənistan Respublikasının ərazisinə qarşı yeni hərbi təcavüz” üçün  Azərbaycanın müəyyən qədər əsası olsun, – o qeyd edib. Və xatırladıb ki, nə bütün Aİ ölkələrinin rəhbərliyi ilə keçirilən VI Şərq Tərəfdaşlığı sammitində, nə də ABŞ prezidenti Co Baydenin təşkil etdiyi “Demokratiya üçün Sammit”də Paşinyan Azərbaycanın anti-erməni siyasətini və hərbi cinayətlərini tənqid etməyib və bu, ictimaiyyət tərəfindən müsbət qiymətləndirilib. İlham Əliyev tərəfindən isə, müntəzəm olaraq, “Qarabağ məsələsinin bağlandığını” vurğulanır.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »