İngiltərə Premyer Liqasında bu gün keçirilməli olan daha bir oyun təxirə salınıb.
İctimairey.az xəbər verir ki, “Aston Villa” – “Bernli” matçı görüşün başlamasına 2 saat qalmış təxirə salınıb.
Buna səbəb “Aston Villa”da koronavirusa yoluxanların olmasıdır.
Qeyd edək ki, bu son bir həftədə təxirə salınan 10-cu Premyer Liqa matçıdır.