Şəhidimizin ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Bu gün 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə, qəhrəmancasına Şəhid olmuş Gədəbəy rayonunun Novosaratovka kəndində şəhid Rzayev Əli Rəsul oğlunun il mərasimində keçirilib.
Qeyd edək ki, kəşfiyyat-həmlə taborunun hərbiçisi Rzayev Əli Murov-Kəlbəcər istiqamətində düşmənə sarsıdıcı zərbə vurmuş, 02.10.2020 tarixində Murov istiqamətdə qəhrəmancasına ŞƏHİDLİK Zirvəsinə ucalmışdır.
79 gün sonra tapılaraq, 18.12.2020 tarixində doğulduğu kəndində dəfn edildi.
Millət vəkili Arzu Nağıyevin başsağlığı ailəsinə və yaxınlarına çatdırılıb.
Mərasimdə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!