Fransız dənizçiləri La-Manş boğazında boğulan 140-a yaxın qaçqını xilas ediblər

0

Böyük Britaniyaya çatmağa çalışan 130-dan çox qaçqın boğazda quruya oturan əldəqayırma qayıqlarda batan zaman xilas edilib. İctimairey.az xəbər verir ki, bu barədə Fransa hakimiyyəti xəbər yayıb.

Dekabrın 16-da səlahiyyətlilərin “La-Manş boğazını keçməyə cəhd edən bir çox qayıqların problemlə üzləşdiyini” öyrəndikdən sonra, Fransanın iki dəniz gəmisi və iki xilasedici qayığı 138 qaçqını sahilə çıxarıb. Fransanın şimalında polis və yerli hakimiyyət orqanları xilasetmə əməliyyatından sonra sərnişinləri qəbul edib.

La-Manş boğazını keçmək problemi Böyük Britaniya və Fransa arasında gərginliyin artmasına səbəb olub. Böyük Britaniya bu yaxınlarda Fransa çimərliklərində əlavə polis patrullarını maliyyələşdirməklə, kanaldan keçmə cəhdlərini azaltmaq üçün, Fransaya 54 milyon funt sterlinq maliyyə dəstəyi verib.

Britaniya hökuməti Emmanuel Makronun administrasiyasını öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb, fransızlar bunu inkar edir.

Bundan əvvəl, noyabrın 24-də La-Manş boğazı ilə Böyük Britaniyaya miqrantları daşıyan qayıq Fransa sahillərində Pas-de-Kaledə batıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nəticədə 31 nəfər ölüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »