Yaponiyada baş verən yanğında 27 nəfərin ölməsi xəbəri yayılıb – VİDEO

0

Yaponiyanın Osaka şəhərində şəhərin mərkəzində psixiatriya klinikasının 4-cü mərtəbəsində baş verən yanğında, ən azı 27 nəfərin öldüyü güman edilir.

Osaka yanğınsöndürmə idarəsinin rəsmisi mediyaya açıqlamasında 27 nəfərin ürək çatışmazlığı və ağciyər tutmasından öldüyünü, bir nəfərin isə yaralandığını bildirib.

Təxminən 30 dəqiqə ərzində yanğın nəzarət altına alınarkən, polisin hadisənin yandırma olub-olmadığını araşdırdığı bildirilib.

Qəzetlər yanğına klinikanın xəstəsi olduğu güman edilən, yaşlı bir kişinin çantasından yanar mayenin sızması nəticəsində baş verdiyini yazıb.

20-yə yaxın adamın hələ orada qaldığı və qaçmağa imkanları olmadığı bildirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »