BMT İrana qarşı sanksiyaları ləğv etməyə və BKFP-na qayıtmağa çağırır

0

BMT Vaşinqtonu İranla 2015-ci il nüvə sazişində BKFR-də (Birgə Kompleks Fəaliyyət Planı) ifadə edildiyi kimi, Tehrana qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Həmçinin beynəlxalq təşkilat İslam Respublikasını nüvə proqramını məhdudlaşdırmaq üçün, sazişin öhdəliklərinə qayıtmağa çağırıb.

BMT Baş Katibinin Sülh və Siyasət üzrə müavini Rosemary Dicarlo, “Mən ABŞ-ı planda göstərildiyi kimi, sanksiyalarını ləğv etməyə və ya ondan imtina etməyə və İranla neft ticarəti üçün istisnaları uzatmağa çağırıram” deyə bildirib.

Vyanada nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) yenidən canlandırılması ilə bağlı danışıqlar bərpa edilib. BMT baş katibinin müavini BMT Təhlükəsizlik Şurasında çıxış edib və qeyd edib ki,    “Bəzi mülki nüvə fəaliyyətləri üçün istisnaların genişləndirilməsi də vacibdir”.

Onun sözlərinə görə, güzəştlərin uzadılması İranın zənginləşdirilmiş uranını təbii urana dəyişdirmək üçün lazımdır.

Saziş 2018-ci ildə keçmiş prezident Donald Trampın nüvə proqramını məhdudlaşdırması müqabilində, ABŞ-ı İrana qarşı sanksiyaların əksəriyyətini ləğv edən sazişdən çıxması və Tehranın geri çəkilməyə başlaması ilə faktiki olaraq iflasa uğradı.

 Eyni zamanda,  Dikarlo İranı “nüvə ilə bağlı öhdəliklərinə və planına uyğun gəlməyən, atdığı addımları geri almağa” çağırıb.

Almaniya, İngiltərə və Fransa (Rusiya və Çinlə nüvə sazişini imzalamışlar) birgə bəyanatda “İran üçün sövdələşməni bağlamaq üçün, diplomatik qapının açıq olduğunu” bildiriblər.

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi deyib ki, İran öhdəliklərini yeniləmək üçün “heç bir ilkin şərt və ya yeni şərtlər irəli sürmür” və Vaşinqtonun sazişdən çıxmasından sonra, görülən bütün tədbirlər “geri qaytarıla bilər”.

Onun amerikalı həmkarı Linda Tomas-Qrinfild deyib ki, Vaşinqton “İran da eyni şeyi etdiyi müddətdə sazişə qayıtmağa və ona sadiq qalmağa hazırdır”.

Qeyd edək ki, əsasən avropalı vasitəçilərin rəhbərlik etdiyi İran və ABŞ arasında dolayısı danışıqlar noyabrın sonunda Vyanada Tehranı nüvə silahlarından uzaq tutmaq və ölkəni beynəlxalq ticarət və siyasət orbitinə qaytarmaq məqsədi daşıyan razılaşmanı canlandırmaq cəhdi ilə davam etdirilib. .

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »