Rusiyadan Türkiyəyə qadağan: 6 məhsul qadağandır

0

Məlum olub ki, Türkiyədən gələn bəzi məhsulların Rusiyaya gətirilməsi qadağan edilib.

İctimairey.az xəbər verir ki, mövzu ilə bağlı mediyaya danışan CHP Uşak millət vəkili Özkan Yalım diqqətçəkən açıqlamalar verib.

CHP Uşak millət vəkili Özkan Yalım Rusiyanın Türkiyədən bəzi məhsullara qadağa qoyduğunu açıqlayıb.

Rusiya ötən illərdəki təyyarə böhranından sonra, Türkiyədən bir çox məhsulun idxalını qadağan etmişdi.

Bu dəfə Rusiya Federasiyası portağal, təzə üzüm, təzə bibər, naringi, nar və limonun idxalını müvəqqəti dayandırdığını açıqlayıb. 6 adda məhsulun ölkəyə girişinin qadağan edildiyini qeyd edən CHP-dən Yalım, bu vəziyyətin istehsalçıya zərbə olduğunu bildirib.

NAZİRLİK HƏLL TAPA BİLMİR

Yalım qadağan olunmuş məhsullarda zərərli maddələrin, bəzi məhsullarda isə, GMO (Genetik dəyişdirilmiş orqanizmlər) aşkarlandığını bildirib. Yalım ticarət naziri Mehmet Muşla görüşdüyünü və nazirliyin məsələ ilə maraqlandığını, lakin heç bir həll tapılmadığını bildirib.

“Fermerin həm yolda, həm də anbarında olan mallar az qala zibildir” deyən Yalım, Rusiyanın qərarından sonra, yolda və sərhəddə nəqliyyat vasitələrinin gözlədiyini də sözlərinə əlavə etdi.

Zərərli maddələr iddiası səbəbiylə ixracı dayandırılan məhsullarla bağlı Ticarət və Səhiyyə Nazirliyinin təcili olaraq məsələ ilə məşğul olması lazım olduğunu vurğulayan Yalım, fermerlərə dəstək verilməsi lazım olduğunu vurğuladı.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »