Uzun fasilədən sonra, səhnəyə qayıdan müğənni Hülya Avşar 47-ci “Altın Kelebek Mükafatları”nda İbrahim Tatlısəsin “Ömür Boyu Onur Mükafatı”na layiq görülməsinə verilən reaksiyalarla bağlı “İbrahim sona qədər professional olaraq buna layiqdir” deyib.
Ictimairey.az xəbər verir ki, ötən həftələrdə “Altın Kelebek Mükafatları” sahiblərini tapdı və müğənni İbrahim Tatlısəs “Ömür Boyu Onur Mükafatı”na layiq görüldü.
Bu vəziyyətdən sonra; İbrahim Tatlısəsin qadınlara qarşı zorakılığı və işlətdiyi ifadələr yenidən gündəmə gələrkən, sosial mediadan bir-birinin ardınca reaksiyalar gəlib.
Tatlısəsin yaxın dostu Hülya Avşar da, bu məsələ ilə bağlı sualları cavablandırıb. Tatlısəsin mükafata layiq olduğunu deyən 58 yaşlı Avşar bu sözləri ifadə edib:
“Hər kəsin öz günahı var. Heç kim süddən ağ qaşıq deyil. İbrahim peşəkarcasına buna layiqdir. Şəxsi həyatı ilə buu qarışdırmayın. Mənə görə, Türkiyənin gəlmiş-keçmiş ən böyük səsidir”.
Qeyd edək ki, səksəninci illərdə çıxardığı albomlarla satış rəqəmləri milyonlara çatan Tatlısəsin musiqidəki uğuru və populyarlığı qısa zamanda kinonun qapılarını onun üzünə açıb.
Tatlısəs rejissor kimi 20 filmə, ssenarist kimi 3 filmə, prodüser olaraq 2 filmə və aktyor kimi 36 filmə imza atıb.’