Politoloq Ünal: Erməni diasporu Ankara ilə barışığı pozmaq üçün hər şeyi edəcək. Ermənilərin əsl düşməni erməni diasporasıdır.
Türkiyənin Maltəpə Universitetinin (İstanbul) professoru Həsən Ünal İrəvanla Ankaranın barışmasının əsas əleyhdarları xaricdəki erməni diasporasını hesab edir.
İctimairey.az xəbər verir ki, Ünal mediyaya müsahibəsində iki ölkə arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərə biləcək yeganə amil kimi erməni diasporlarının olduğunu açıqlayıb.
Onlar yaşadıqları ölkələrin, məsələn, Fransa və ABŞ-ın hökumətlərinə təsir etmək, bu prosesi pozmaq üçün mümkün olan hər şeyi edəcəklər”, – politoloq bildirib.
Ünal bildirib ki, erməni diasporunun nümayəndələri Türkiyəyə qarşı “nifrət içində yaşayırlar” və onu “fayda və qazanc əldə etməyə imkan verən sənayeyə” çeviriblər.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla hava əlaqəsinin açıldığını açıqlamışdı. O, həmçinin bildirib ki, Ankara və İrəvan diplomatik münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin edəcəklər.