ABŞ Ticarət Departamenti Çin Hərbi Tibbi Tədqiqatlar Akademiyası və onun 11 elmi-tədqiqat institutuna, eləcə də Çin, Gürcüstan, Türkiyə və Malayziyadakı bir neçə elektronika şirkətinə qarşı sanksiyalar tətbiq edib.
İctimairey.az xəbər verir ki, Sənəd idarənin saytında dərc olunub. Bəyanatında deyilir:
“ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu, Çinin hərbi məqsədlər üçün biotexnologiya və digər texnologiyaların inkişafı və yerləşdirilməsi səyləri və insan hüquqlarının pozulması ilə bağlı, ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə qarşı davam edən təhdidləri aradan qaldırmaq üçün addımlar atıb”.
Ticarət Nazirliyinin sənədində deyilir ki, Çin akademiyası və onun 11 institutu “Çin ordusunu dəstəkləmək üçün, biotexnoloji proseslərdən, o cümlədən beyni idarə etmək üçün, silahlardan istifadə edir”.
ABŞ-ın ticarət naziri Cina Raimondo deyib ki, Çin biotexnologiya və tibbi innovasiyalardan “öz xalqı üzərində nəzarəti həyata keçirmək və etnik və dini azlıqları sıxışdırmaq üçün” istifadə edir.
Elektronika şirkətlərinə qarşı sanksiyalara gəlincə, mətbuat xidməti belə bir qərarın, “Amerika mallarının İranın hərbi proqramlarına yönləndirilməsi və ya yönləndirilməsi cəhdi ilə əlaqədar” verildiyini açıqlayıb.