Rumıniya prezidenti Klaus İohannisin atı “Budulai və Romalı” ansamblının bədii rəhbəri Buduluy Unqureanuya ölkənin xalq artisti adının verilməsi mərasimindən sonra, naməlum şəxslər tərəfindən qaçırılıb.
İctimairey.az xəbər verir ki, İstintaq zamanı polis bir sıra konkret çətinliklərlə üzləşib. Atın özündən başqa, dövlət başçısının iqamətgahının yaxınlığından videomüşahidə kamerası da oğurlanıb.
Sonradan məlum olub ki, günahkar Rumıniya liderinin atında, yol boyu özü ilə videokamera götürərək mükafatlandırma mərasimini tərk edən, yenicə zərb edilən xalq artisti Ungureanu olub:
“Anlaşmazlıq oldu. Prezident sarayından çıxarkən qarşımda at dayandı. Düşündüm ki, zəng elədiyim taksidir. Potensial olaraq, polisin qanunsuz hərəkətlərinin qurbanı ola bilərəm. Bu halda kamera videoregistrator funksiyasını yerinə yetirərdi. Mən bütün düşərgəmizdən prezidentdən üzr istəyirəm və söz verirəm ki, bu bir daha təkrarlanmayacaq”.