İndoneziyanın Maumere şəhərindən 115 km şimalda dənizin ortasında 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
İctimairey.az xəbər verir ki, İndoneziyanın Təbii Fəlakətlərin Azaldılması üzrə Milli Agentliyinin sözçüsü Abdul Muhari zəlzələnin bölgədə güclü hiss edildiyini bildirib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, İndoneziyanın şərqində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Ölkənin Flores adası bölgəsi yaxınlığında yerli vaxtla saat 11.20-də 18,5 kilometr dərinlikdə baş verən zəlzələdən sonra, sunami xəbərdarlığı edilib.