Mevlüt Çavuşoğlu: Türkiyə və Ermənistan çarter reyslərinə başlayacaq

0

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Türkiyə və Ermənistanın yaxın vaxtlarda münasibətlərin normallaşdırılması və çarter reyslərinin açılması üçün xüsusi nümayəndələr təyin edəcəyini açıqlayıb.

Parlamentdə ölkənin Xarici İşlər Nazirliyinin büdcəsinin müzakirəsi zamanı Çavuşoğlu bildirib ki, Yerevan və Ankara tərəfindən təyin olunacaq xüsusi nümayəndələr, iki qonşu ölkə arasında münasibətləri normallaşdırmaq yollarını axtaracaqlar.

Çavuşoğlunun sözlərinə görə, iki ölkə İstanbul və Yerevan arasında çarter reysləri açmaq niyyətindədir.

Ermənistan rəsmiləri Çavuşoğlunun fikirlərinə hələlik münasibət bildirməyib.

Türkiyə ilə Ermənistanın diplomatik əlaqələri yoxdur və onlar arasında quru sərhəd 1993-cü ildən bağlıdır.

Türkiyə Ermənistanla Dağlıq Qarabağ münaqişəsi səbəbindən diplomatik əlaqələri kəsib və quru sərhədini bağlayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »