SON DƏQİQƏ: Fransa 21 məscidin bağlandığını elan edib

0

Fransada 21 məscid “ekstremizmin təzahürləri” bəhanəsi ilə bağlanıb.

Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmaninin yerli LCI telekanalının efirində bildirib ki, ekstremist fəaliyyətdə şübhəli bilinən 99 məscid yoxlanılıb.

  İctimairey.az xəbər verir ki,   Fransa Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, – “Onlardan 21-i bağlanıb, daha 6 məscidin bağlanması prosesi davam edir. Bu addımlar “Separatizmlə mübarizə haqqında” qanun çərçivəsində atılıb”.

Eyni zamanda Darmanin respublikaçıları və ifrat hüququ bu qanunun qəbuluna səs vermədiklərinə görə tənqid edib və bunun sayəsində onun sözlərinə görə, Fransa tarixində ilk dəfə olaraq, bu qədər sayda məscid bağlanıb.

Fransada yoxlanılan daha 36 məscidin fəaliyyəti respublika qanunlarına zidd olmadığı üçün, onların fəaliyyətində xüsusi dəyişiklik baş verməyib. Darmanin deyib ki, onlardan bəziləri xaricdən maliyyə almağı dayandırıb, məscidlərdən biri ekstremizmdə ittiham olunan imamını işdən çıxarıb.

Eyni zamanda, idarə rəisi məscidlərdə yoxlamaların davam etdiriləcəyini vurğulayıb.

Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, ölkədə ekstremizmlə əlaqəli dini tikililər azdır, ümumilikdə Fransada müsəlmanlarla problem yoxdur.

Prezident Emmanuel Makronun 2020-ci il oktyabrın 2-də elan etdiyi, sonradan adı dəyişdirilərək “Respublika prinsiplərinə hörməti gücləndirən qanun” adlandırılan “separatizm haqqında” qanun bu ilin avqustunda qəbul edilib.

Qanun layihəsi müsəlmanları hədəfə aldığı və ayrı-seçkiliyi təşviq etdiyi səbəbilə beynəlxalq ictimaiyyət, qeyri-hökumət təşkilatları və insan haqları təşkilatları, xüsusən də BMT tərəfindən tənqid edilib.

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »