“Kainat gözəli 2021” müsabiqəsi bu il İsraildə keçirilib. Reytinqdə yer almaq üçün, 80 namizəd mübarizə aparıb.
Hindistanı təmsil edən Harnaaz Sandhu birinci olub. Nəticə açıqlandıqdan sonra, Sandhu göz yaşlarına boğulub.
Paraqvayı təmsil edən Nadia Ferreyra ikinci, cənubi afrikalı namizəd Lalela Msvane isə, üçüncü olub.
Harnaaz Sandhu hesab edir ki, anası onun “ən böyük ilham mənbəyi” olub. Oktyabr ayında 21 yaşlı gözəl İnstaqram səhifəsində yazıb: “O, mənim xəyallarımın yaradıcısı və buna nail olmaq üçün nərdivandır”.
Qeyd edək ki, uşaqlar üçün 100% pulsuz yarıqların əməliyyatlarını dəstəkləyən beynəlxalq uşaq xeyriyyə təşkilatı Smile Train-i dəstəkləyib.