BGİ: Yük avtomobilində zərgərlik məlumatları aşkarlandı

0

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb.

İctimairey.az – a  BGİ -dən daxil olan məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, 585 əyarlı qızıldan hazırlanan, ümumi çəkisi 222 qram olan zərgərlik məmulatları – 3 ədəd sancaq, 6 ədəd klon, 7 ədəd üzük, 15 cüt sırğa, 7 ədəd boyunbağı və 26 ədəd qolbaq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »