Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirliyinin qarşısındakı küçənin adı “Cemal Khashoggi” adlandırıldı

0

ABŞ-ın paytaxtı Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirliyinin qarşısındakı küçənin bir hissəsinin adı dəyişdirilərək “Cemal Khashoggi” olacaq. Vaşinqton Şəhər Şurası yekdilliklə Səudiyyə Ərəbistanı səfirliyinin yerləşdiyi Nyu-Hempşir küçəsinin bir hissəsinin 2018-ci ildə qətlə yetirilən Washington Post yazıçısı Camal Qaşıqçının adının verilməsini təsdiqləyib.

İctimairey.az xəbər verir ki, DC müşaviri Brooke Pinto verdiyi açıqlamada şura tərəfindən yekdilliklə qəbul edilən “Camal Khashoggi Pathfinder Act”ın dünya üzrə jurnalistlərin üzləşdiyi təhlükələri xatırladacağını və azad mətbuatın “ABŞ demokratiyası üçün vacib olduğunu” ifadə edəcəyini söyləyib.

“Camal Khashoggi bilirdi ki, Səudiyyə Ərəbistanına işıq saçmaqla və həqiqəti axtarmaqla azadlığını və hətta həyatını riskə atdığını bilirdi. Bu ad dəyişikliyi region sakinlərinə azad və müstəqil mətbuatın dəyərini göstərir”.

Paytaxtın Nyu-Hempşir küçəsinin bir hissəsi gələn ay keçiriləcək mərasimdə “Camal Qaşıqçı Yolu” adlandırılacaq.

Digər tərəfdən Səudiyyə Ərəbistanı əsilli amerikalı Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb və cəsədinin hissələrə bölündüyü məlum olub. Qaşıqçının ölümünü Səudiyyə Ərəbistanı 18 gün sonra təsdiqləyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »