Türkiyə Böyük Millət Məclisinin sədri İran və Azərbaycan nümayəndə heyətlərini qəbul edib

0

Mustafa Şentop 16-cı İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı konfransı çərçivəsində görüşlərini davam etdirir

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İran nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 16-cı konfransında iştirak etmək üçün Türkiyədə səfərdədir.

Şentop İran parlamentinin nümayəndə heyətinin İstanbula səfərindən məmnunluğunu ifadə edib.
“İnanıram ki, bu saytda keçirəcəyimiz məsləhətləşmələr qlobal və regional problemlərə vahid yanaşmanın formalaşdırılması üçün çox məhsuldar olacaq. Müsəlmanların azlıq təşkil etdiyi ölkələrdə, müsəlman azlıqların hüquqları ilə bağlı komitə yaratmağı təklif edirəm”, – deyən Şentop, bir çox Qərb təşkilatlarının İslam ölkələrində insan haqları sahəsində fəaliyyət göstərdiyini bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri İƏTPİ-ın 16-cı konfransı çərçivəsində görüşlərini davam etdirir. Konfransda İƏTPİ-yə üzv 38-ə yaxın ölkənin nümayəndə heyətləri iştirak edir.

Sonra o, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Milli Məclis sədrinin İƏT Pİ-nin 16-cı konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, parlamentlərarası əlaqələrin dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 11-də başa çatacaq.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı Ceyhun Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »