ABŞ prezidenti Co Bayden bəyan edib ki, Ukraynaya “hərbi müdaxilə” olarsa, Rusiya ağır və əvvəllər görünməmiş nəticələrlə üzləşəcək.
“Amerikanın səsi”nin (Rusiya Federasiyasında xarici agent kimi tanınan xarici media) məlumatına görə, o, bu barədə dekabrın 8-də Ağ Evin yaxınlığında jurnalistlərlə söhbəti zamanı deyib. Bayden bu təhdidləri rusiyalı həmkarı Vladimir Putinə səsləndirdiyini təsdiqləyib.
“Əgər o (Putin – red.) Ukraynaya müdaxilə etsə, bunun ciddi nəticələri olacaq. Hələ görünməmiş iqtisadi nəticələr. Sonra cavab verdi ki, o bunu başa düşür”, – Amerika prezidenti bildirib.
Eyni zamanda o, Ukraynanı Rusiyadan qorumaq üçün, Amerika hərbçilərinin cəlb olunmasının nəzərdən keçirilmədiyini vurğulayıb.
“NATO-nun 5-ci maddəsinə uyğun olaraq, NATO müttəfiqlərimizə qarşı hücum zamanı, onlara qarşı mənəvi və hüquqi öhdəliyimiz var. Bu müqəddəs bir öhdəlikdir. Bu öhdəlik Ukraynaya aid deyil”, – deyə Bayden açıqlayıb.
Eyni zamanda, o, qeyri-müəyyənliklə bildirib ki, Ukraynaya hərbi personalın göndərilməsi məsələsi, “digər NATO ölkələrinin də buna hazır olmasından asılı olacaq”.
Lakin bu, diplomatik manevr sayıla bilər, çünki aydındır ki, digər NATO ölkələri Vaşinqtondan xəbər vermədən, öz əsgərlərini heç yerə göndərməyəcəklər.
Xatırladaq ki, bundan əvvəl “The Babylon Bee” satirik nəşri ABŞ-ın Rusiyaya qarşı hədələrini, eyni zamanda, Amerika ordusunun Əfqanıstandan çıxarılmasını və ABŞ prezidenti Co Baydenin əqli qabiliyyətlərini lağa qoyub.
İctimairey.az