Banqladeşdə 20 nəfər ölüm cəzasına məhkum edilib. Səbəbi?..

0

Müttəhimlər 2019-cu ildə tələbə Abrar Fahadı döyərək öldürməkdə təqsirli biliniblər

Banqladeş 2019-cu ildə sosial mediada hökuməti tənqid edən bir tələbəni öldürməkdə günahlandırılan 20 nəfəri edam cəzasına məhkum edib.

Məhkəmə Banqladeşin paytaxtı Dəkkədə keçirilib, müttəhimlər 2019-cu ildə tələbə Abrar Fahadı döyərək öldürməkdə təqsirli bilinib və edam cəzasına məhkum ediliblər.

Daha 5 nəfərə ömürlük həbs cəzası verilib.

İkinci kurs tələbəsi Abrar Fahad sosial şəbəkələrdəki paylaşımında Hindistan və Banqladeş arasında əldə olunan razılaşmaya görə, hökuməti və baş nazir Şeyx Hasinanı tənqid edib. Bundan sonra, 7 oktyabr 2019-cu ildə hakim Avami Liqası partiyasının, Banqladeş Çhatra Liqasının tələbə qanadının üzvü olan bir qrup tələbə Fəhadı döyərək öldürüb.

Yarılmanın nəticələri göstərib ki, Fəhad küt əşyalar və çubuqlarla döyülüb və daxili qanaxmadan ölüb.
Fəhadın ölümündən sonra, bütün ölkəni etiraz dalğası bürüyüb.

Baş nazir Hasina araşdırma əmri verib və Fəhadın ailəsinə ədalət vəd edilib.

13 noyabr 2019-cu ildə 25 BCL liderinə və üzvlərinə qarşı ittihamlar irəli sürülüb, bundan sonra məhkəmə prosesi başlayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »