“Sevinc Osmanqızının sonuncu maskası da düşdü”

0
Sevinc Osmanqızı adlı məxluqun uzun illərdir ki, xaricdə “lövbər” salıb Azərbaycana qarşı “5-ci kolon”çu funksiyasını yerinə yetirməyi bəs deyilmiş kimi indi də rəhbərlik etdiyi kanalın canlı yayımlarından birində “kaş Prezidentimiz Paşinyan olardı”, deyə təəssüf hissini bölüşməsi həqiqətən də satqınlığın, idbarlığın və manqurtluğun ən son nöqtəsi sayıla bilər.
“Soros ocağı”ndan qidalanan bu dırnaqarası “azərbaycanlı” blogerin belə bir sərsəm fikri səsləndirməsi əslində heç də təsadüfi deyil. Çünki o, Qərbdəki “ağa”larından yeni bir tapşırıq alıb: Azərbaycanın müxalif düşüncəli insanları arasında “paşinyansevərliyi” yaymaq, təbliğ etmək!
Bəli, bu da təzə bir trenddir. Daha doğrusu, siyasi xəstəlik və korazehinlikdir. Bu yolla ölkədə xüsusən də gənclərimiz arasında düşmən ölkənin məğlub baş nazirinə heyranlıq hissi formalaşdırmağa çalışırlar. Əsas məqsədləri isə Sevinckimilərin əli ilə gənclərimizin beyinlərini “yumaq”, onları siyasi cəhətdən zombiləşdirmək və onlarda mövcud Azərbaycan hakimiyyətinə qarşı etiraz hissini körükləməkdir. Məqsəd bu qədər açıq, aydın şəkildə ortadadır. Sevinc kimi milli satqınların vasitəsilə tarix boyu bizə qarşı düşmənçilik etmiş bir xalqın quldur liderlərinə – paşinyanlara, köçəryanlara, serj sərksiyanlara qarşı rəğbət hissi bu cür məkrli üsullarla formalaşdırılır. 44 günlük Vətən müharibəsinin gedişində Gəncəyə, Bərdəyə, Tərtərə, Mingəçevirə və başqa ərazilərimizə raket zərbələrinin endirilməsi əmrini verən, onlarla dinc vətəndaşımızın qətlə yetirilməsinə baiskar olan bir qatil Sevinc Osmanqızının ağzından cəmiyyətimizə “ideal lider” obrazında təqdim olunur.
Bu, hər nə qədər həyasızlıqdırsa da, eyni zamanda çox incəliklə düşünülmüş bir plandır. Lakin Azərbaycan cəmiyyətinin belə bir obraza ehtiyacı yoxdur. Bu saat Ermənistanın özündə gülüş, məsxərə, kinayə obyektinə çevrilmiş Nikol Paşinyanı Azərbaycan insanına “böyük demokrat” obrazında təqdim etmək cəhdi ən yumşaq dillə desək, axmaqlıqdır. Təəssüf ki, Sevinc Osmanqızı özünün kənardan nə qədər miskin göründüyünü görə bilmir. Bu son açıqlaması onun formal olaraq azərbaycanlı, xislətcə isə əsl erməni olduğunu nümayiş etdirdi. Beləliklə, Sevinc Osmanqızının sonuncu maskası da düşdü.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »